08/06/2023
Neoklassikanın interyerdəki rolu.
Neoklassika - müasir üslubla klassik üslubun arasındaki incə fərqliyindən yaranan üslubdur.
Klassik üslubdan fərqli olaraq neoklassika özündə yüngüllük və sadəliyi əks etdirir. Bu üslub özünəməxsusluğunu qoruyaraq öz aktuallığını neçə illərdir qoruyub saxlaya bilir.
Neoklassikanın özəlliyi - klassik üslubdan fərqli olaraq materialların daha sadə eyni zamanda müasir olmasındadır. Əgər klassik üslubda istifadə olunan matetialların hər biri təbii olmalıdırsa, neoklassika bu stereotipini qıraraq matetial seçimini sadələşdirib, süni matetialların istifadəsinə icazə verir. Misal üçün klassik üslubda qızıl elementlərin qızıl metaldan olması vacibdirsə, neoklassikada qızıl metalın rəng və digər materallarla imitasiyasını almaq mümkündür və ya mərmər lövhısi qranit və digər materiallarla əvəzləşdirilə bilər. Neoklassik interyerdə istifadə olunan rənglər açıq pastel tonlarda olmalqla interyeri ağırlıq aurasında çıxarır. Mebel ve dekorlar daha yüngül və ortamı sıxacaq qədər böyük qabaritdə olmamalıdır, klassik üslub isə bu qaydanın tam əksini daha iri qabaritli və massivli mebellərin olmasını tələb edir. Neoklassik üslubda interyerin gözoxşayan görünməsi üçün ilk öncə material seçimini düzgün etmək lazımdırki, bu istər tekstil istər isə divar dekorlarunda öz əksini tapsın.
İstənilən nəticəni almaq üçün interyerdə istifadə olunacaq xırda sayılan dekor belə önəmli nüanslardan olur. Buna görə arzuladığınız görüntünü almaq üçün bu üsluba müraciyyət etdikdə mütəxəssislə konsultasiya etmənizdə fayda var. Mükəmməl nəticə almaq üçün dizaynerlə işləməniz vacibdir. Əks halda ayrılıqda gözəl görsənəcək bir yerdə isə bir birinə aid olmayan mebel və dekor yığıntısı əldə etmiş olacaqsız.
Əlavə sual və məlumat almaq üçün postun altında yaza bilərsiz.
Eləcədə direkt və əlaqə nömrəmiz: +994(50)701 68 24 aktivdir🌸