09/04/2026
4 aprel tarixində Collezione Italia-da “Shape the Light” adlı workshop uğurla baş tutdu.
Tədbir Aromas Del Campo — İspaniya mənşəli çilçıraq brendi ilə birgə təşkil olundu. 40-a yaxın interyer dizaynerin qatıldığı workshop-da, lotodrom vasitəsilə seçilən 16 iştirakçı çilçıraqlar üzərində öz kreativ baxışlarını reallaşdırdı.
Yaradıcı və interaktiv mühitdə keçən tədbir dizaynerlər, brend və Collezione Italia arasında əməkdaşlığın daha da möhkəmlənməsinə imkan yaratdı.