Our Story
Klausplast şirkəti, 2014-cü ildə plastik qapı pəncərə istehsal etmək məqsədi ilə Bakı şəhərində fəaliyyətə başlamışdır. Azərbayca Keyfiyyətimiz peşəkar mühəndislərimizin ciddi səyləri nəticəsində istehsalın hər bir mərhələsində təmin edilir. Azərbaycanda 10-dan çox satış nöqtəsinə malik olan Winklaus, zəngin və çoxşahəli xidməti ilə seçilir. Şirkətimiz, Winklaus 60, Winklaus 75, Infinite və Aspen brendləri altında modern qapı pəncərə mühəndisliyinin bütün tələblərinə cavab verən məhsullar təqdim edir. Biz fəxr edirik ki, qısa zaman ərzində, dayanıqlı və güvənilir məhsullarımız, o cümlədən, misilsiz xidmətimiz ilə, inşaat sektoru və istehlakçıların etibarlı tərəfdaşına çevrilmişik. Biz məhsullarımız qədər, biznes etikamız ilə də öyünürük. Şirkət mədəniyyətimiz bünyəmizdə çalışan və həmçinin bizimlə əməkdaşlıq edən hər bir fərd üçün əxlaqi dəyərlərə böyük önəm verir, insan kapitalının uğur qazanmaq üçün ən böyük amil olduğuna inanır. « Winklaus », Azərbaycan Brendi olaraq, modern texnologiyaları və insan biliyinin harmoniyasını keyfiyyətli məhsul istehsalına çevirərək ölkəmizi həm də dünyada layiqli təmsil etməyə çalışır.