21/12/2025
Bu layihədə məqsədimiz sadəcə gözəl bir məkan yaratmaq deyil, müştərinin özünü xüsusi hiss edəcəyi bir atmosfer formalaşdırmaq idi. Nails studiyası – qadınların rahatladığı, özünə vaxt ayırdığı və estetik zövqlə əhatə olunduğu məkandır. Biz də dizayn prosesində məhz bu hissləri ön plana çıxardıq.
İnteryer konsepti :
Studiyada açıq və sakit tonlardan istifadə olunaraq ferah və işıqlı mühit yaradıldı. Yumşaq pastel rənglər, qızılı və ya n**e aksentlər məkana zəriflik qatdı. Güzgülər və düzgün işıqlandırma isə həm məkanı vizual olaraq genişləndirir, həm də dırnaq ustalarının işini ideal şəkildə nümayiş etdirməyə kömək edir.
Funksionallıq + estetika
Hər detal düşünülərək planlaşdırılıb:
– rahat və ergonomik iş masaları
– ustalar üçün funksional saxlama sahələri
– müştərilər üçün komfortlu oturacaqlar
– steril və səliqəli iş mühiti
Bu yanaşma həm ustaların rahat çalışmasını, həm də müştərilərin studiyada özünü komfortlu hiss etməsini təmin edir.
📍Əgər siz də nails studiyanız üçün
– modern
– zərif
– funksional
– yadda qalan
bir dizayn axtarırsınızsa, işinizi peşəkarlara həvalə edin.
Biz sizin ideyanızı estetik və gəlir gətirən məkana çevirək ✨
📞 Əlaqə üçün DM və ya (+994) 77 417 00 92