14/01/2022
Heating, ventilating and air conditioning service
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KB Press-Avtomat, Baku Asiq Molla Juma 9v, Agdam.
Baku Asiq Molla Juma 9v
Agdam
AZE1033
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
Be the first to know and let us send you an email when KB Press-Avtomat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Send a message to KB Press-Avtomat:
"KB Press-Avtomat" MMC konstruktor bürosu özəl müəssisə kimi 1994-cü ildə yaradılmışdır. Bu dövr, müstəqil Respublikamızın ilk quruculuq illərinə təsadüf etdiyi üçün, müasir texnologiyaların öyrənilməsi və tətbiqi Dövlət səviyyəsində prioritet istiqamətlərdən biri olub. "KB Press-Avtomat" MMC müəssisəsi yaranmış bu imkandan istifadə edərək, qısa müddət ərzində Avropanın ən tanınmış iri şirkətləri ilə əməkdaşlığa başladı və ilk dəfə Respublikamızda yerli mütəxəssislərin gücü ilə müasir qazanxanaları quraşdırıb istismara buraxdı. Respublikamızda istilik sistemlər üzrə yeni texnologiyaların tətbiqini sürətləndirmək məqsədi ilə 2001-ci ildə "KB Press-Avtomat" MMC müəssisəsi tərəfindən, Azərbaycan Dövlət Tikinti və Arxitektura Komitesinde “Müasir isitmə texnikası” mövzusunda, Bakıda ilk Beynəlxalq seminar keçirildi. Seminarda Almaniya, Finlandiya , Rusiya mütəxəssisləri və Respublikanın 30-a qədər müxtəlif institut və təşkilatların nümayəndələri iştirak etdilər. Hal-hazırda da Respublikanın aparıcı institutları ilə sıx əlaqədə əməkdaşlıq edirik və çoxlu sayda Dövlət əhəmiyyətli birgə layihələrimiz vardır. Məlum olduğu kimi, texnika sürətlə inkişaf edir və bu inkişafın nəbzini tutmaq üçün, müəssisəmizin əməkdaşları mütəmadi olaraq, Avropanın tanınmış şirkətlərin uyğun texniki yenilikləri ilə tanış olurlar, seminar və sərgilərdə iştirak edirlər. Müəssisəmizdə, layihə, quraşdırma və buraxılış-sazlama işləri tərcübəli mütəxəssislər tərəfindən həyata keçirildiyi üçün yüksək keyfiyyətə tam zəmanət verilir. Buna əmin olmaq üçün işlərimiz ilə tanış ola bilərsiniz.
Təsisçi-Direktor "KB Press-Avtomat" MMC Qulu Qədimov