Səməni halvası

Səməni halvası Cücərdilmiş buğda suyundan hazırlanmış halva çox dadlı olur. Elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir.

Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sı

ra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Səməni halvası «jenşen»dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Səməni halvasını bişirmək üçün tələb olunan ərzaqlar:

cücərdilmiş buğdanın suyu - 1 litr
un - 2 kq
kərə yağı - 400 qr
qoz - 300 qr
tut doşabı - 3 stəkan
mixək, darçın, istiot - zövqə görə

Hazırlanma qaydası:

Buğdanı 2-3 gün ərzində cücərdin. Buğda cücərən kimi (yaşıl rəng almamış) kombaynda çəkib suyunu tənziflə sıxın. Sıxılmış buğda suyunu üçdə bir hissəsi qalana kimi odun üzərinə qoyub arabir qarışdıraraq qaynadın. Odun üzərindən götürüb qarışdıra-qarışdıra yağla unu əlavə edin. 1,5- 2 saat ərzində vam odda qarışdıraraq bişirin ki, altı yanmasın. Tam qızılı rəng almamış qozla ədviyyatı da əlavə edib 10 dəqiqə bişirin. Qızılı rəng aldıqda doşabı da əlavə edib yenə 10 dəqiqə bişirin. Odun üzərindən götürüb bir az soyudun ki, əlinizi yandırmasın. Sonra yastı küftələr şəklində yumrulayıb ortasına bütöv qoz ləpəsi basın. Qoyun tam soyusun. Nuş olsun.

Address

Izmir 9
Bakı
AZ1065

Alerts

Be the first to know and let us send you an email when Səməni halvası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Səməni halvası:

Share