29/12/2022
"Oba Frame" tipli evlərin qurulmasının 1 m² qiyməti 600 manatdan başlanır. Qeyd olunan qiymətə tam təmirli (aksesuar, mebel və əşya xaric) təhvil verilir.
İstifadə olunan materiallar və görüləcək işlər aşağıdakılardan ibarətdir:
1. Tikinti və quraşdırma sahəsinin, sifarişçinin istəyinə və sifarişinə əsasən, yararlığının təyini;
2. Tikinti və quraşdırma sahəsinin topoqrafik ölçülməsi;
3. Sifarişçinin istəyinə uyğun layihənin tərtibi və layihənin təsdiqlənməsi;
4. Təsdiq edilmiş layihə əsasında, sahənin tikinti və quraşdırma üçün traktorla düzəldilməsi (ehtiyac yaranarsa);
5. Bünövrə beton işlərinin görülməsi (sahənin kipliyinə nəzərən torpağın üst qatında qəlib taxta ilə və ya qazılaraq):
- beton 350 marka (0.4m × 0.4m qalınlıqda, əl və ya beton maşını ilə);
- armatur A500 marka (16 mm qalınlıq, 4 sıra)
- xamut 0.3m × 0.3m ölçüdə çərçivə (6mm qalınlıq, bağlamada ara məsafə 0.2m);
6. Kürsü hörgü işləri (mişar daşı):
- mişar daşı (hündürlük 2 mişar daşı, divar qalınlığı 2 mişar daşı);
- qum (xırda açep və ya sarı qum)
- sement "Norm 300M" və ya "Holcim 300M".
7. Kürsünün mişar daşı səviyyəsində şeben və ya tullantı daşlarla doldurulması;
8. Doldurulmuş kürsünün kipləşdirilməsi;
9. Tikinti və quraşdırma sahəsinin döşəməsinin tam betonlanması:
- armatur (A500 marka, tək qat setka, 12 mm qalınlıq, bağlamada ara məsafə 0.2m):
- beton 300 marka (0.08m - 0.1m qalınlıq, əl və ya beton maşını ilə);
10. Taxta çərçivə işləri:
- dayaq taxtaları (şam ağacı, həşəratlara qarşı dərmanlanmış, 0.05m × 0.2m qalınlıq, ara məsafə 0.7m);
- künc dəmir (dayaq taxtaların döşəmə betona bərkidilməsi üçün, 0.1m×0.1m ölçüdə):
- taxta reyka (həşəratlara qarşı dərmanlanmış, 0.03m×0.1m ölçüdə);
- mərtəbə arası dayaq taxta (0.05m×0.2m ölçüdə).
11. Taxta üzəri və ya dam örtüyü öncəsi izolyasiya membran;
12. Dam örtüyü (42 mm qalınlıq, profnastil, rəng seçimi sərbəst, xammal Türkiyə);
13. Hörgü işləri (otaq bölgüsü və arxa 3 künc divar):
- kərpic 29×19 ölçüdə (arxa divar qalın, arakəsmə divarlar isə, ensiz hissəsinə hörülür);
- qum (xırda açep və ya sarı qum)
- sement "Norm 300M" və ya "Holcim 300M".
14. Suvaq işləri (kürsü daş, kərpiclə hörülmüş daxili və xarici divarların səthi):
- qum (sarı qum)
- sement "Norm 300M" və ya "Holcim 300M".
15. Pəncərə (plastik və ya cəbhə profil, "ASAŞPEN" Türkiyə)
16. Santexnik işləri:
- istidöşəmə (ümumi sahə, 0.03 mm qalınlıqda falqalı izolyasiya, 0.2m ara məsafə, "SRL" İtaliya);
- su borusu (20, 25 diametrdə, "KAS" Türkiyə);
- kanalizasiya borusu (50, 75 və 110 diametrlərdən istifadə edilir, "Metak" Azərbaycan).
17. Beton üzləmə işləri (istişömə üzəri, əl ilə, 0.05m - 0.08m qalınlıqda, 300M)
18. Elektrik işləri (2.5mm, 4mm, 6mm qalınlıqda naqil, xammal Türkiyə);
19. Dam örtüyünün daxili hissədən izolyasiyası (daş yunu);
20. Kafel/metlax işləri ("Çanakkale" Türkiyə, sifarişçinin istəyinə uyğun);
21. Damın daxili hissədən keçmə taxta ilə üzlənməsi (8mm qalınlıq, boyalanmaq üçün rəng seçimi sərbəst);
22. Qapılar (hamam otağı plastik, digər otaq şpon, seçim istəyə uyğun);
23. İkinci mərtəbə döşəmə (laminat, 10mm qalınlıq, 32-ci sinif cızılmayan, "Çamsan" Türkiyə);
24. Pilləkən (düz, dairəvi, taxta və ya dəmir, sifarişçinin seçiminə uyğun)
👉Qeyd olunan işlərin yekunlaşma müddəti 90 gün
👉Torpaq sahəsi sifarişçi tərəfindən təmin olunur
👉İstifadə olunan materiallar tam keyfiyyətli, işçi qüvvəsi tam peşəkardırlar
👉Görülən bütün işlərə rəsmi zəmanət verilir
👉İnşa etmək üçün bölgə fərqi yoxdur
👉Sifariş bölgələrdən olduğu zaman qiymət fərq etmir
Əlaqə: +994 55 882 22 11 (vatsap)
Qapınız hər zaman xeyir işlərə açılsın🙏