20/03/2022
Əziz Bacılar və Qardaşlar!
Təbiətin oyanışını müjdələyən, milli–mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən Novruz bayramı münasibətilə Sizi və Ailənizi səmimi qəlbdən təbrik edirəm. Hər birinizə möhkəm cansağlığı və firavanlıq arzulayıram. Qoy bu bayram Sizə və Ailənizə bol ruzi-bərəkət, xoşbəxtlik və sevinc gətirsin! Artıq ikinci ildir ki, Azərbaycan Xalqının çoxəsrlik tarixi ənənələrini və zəngin mədəniyyətini tərənnüm edən Novruz bayramını ərazi bütövlüyümüzün təmin olunduğu şəraitdə qeyd etməyin qürurunu yaşayırıq!
Əzəli Torpaqlarımızın azad edilməsi yolunda Şəhid olmuş Qəhrəmanlarımızı bu bayramda böyük ehtiram və dərin minnətdarlıqla anırıq!
Novruz Bayramınız Mübarək!
Hörmətlə, .mukhtarov