Bala bitki

Bala bitki Balaxanıda yerləşən ev bitkiləri mağazası. Bitkilərlə yanaşı fərqli və zövqlü dibçəklər, gübrələr, torf, eko-çantalar da satılır. Çatdırılma mövcuddur.

Nefrolepis olduğu mühitdəki havanı təmizləməsi ilə məşhurdur.☀️ Günəş görməsə belə, süni işıq ona kifayətdir, ancaq otağ...
26/10/2022

Nefrolepis olduğu mühitdəki havanı təmizləməsi ilə məşhurdur.

☀️ Günəş görməsə belə, süni işıq ona kifayətdir, ancaq otağa gün işığı düşərsə, yarpaqları daha tünd və daha canlı olar.

💧Nəmli mühiti daha çox sevir və yarpaqlarına su püskürtmək məsləhətdir. Yayda bitkinin suya olan ehtiyacını tam ödəmək üçün gündə ən azı iki dəfə sulamaq lazımdır. Su bitkinin hər yerinə çatmalıdır.

Həmişəyaşıl ZAMİOKULKASa 💵 Dollar gülü də deyirlər. Ofis üçün ən ideal bitkilərdəndir. Həm adına, həm də baxımının sadə ...
24/10/2022

Həmişəyaşıl ZAMİOKULKASa 💵 Dollar gülü də deyirlər. Ofis üçün ən ideal bitkilərdəndir. Həm adına, həm də baxımının sadə olmasına görə.

Zamiokulkasın yarpaqları çoxlu miqdarda oksigen ifraz edir. Oksigenlə zənginləşdirilmiş hava beynin fəaliyyətini yaxşılaşdırır, əhval-ruhiyyəni qaldırır, sağlamlığı möhkəmləndirir.

❗Bütün bu üstünlüklərə baxmayaraq bitkinin zəhərli olduğunu nəzərə alın və evdə uşaq/ev heyvanı varsa, bitkidən uzaq tutmağa çalışın.

Qloksiniya gözəl çiçəkləri ilə hər kəsi özünə heyran edir.☀️ Bitkini pəncərəyə yaxın, lakin üzərinə birbaşa günəş işığın...
22/10/2022

Qloksiniya gözəl çiçəkləri ilə hər kəsi özünə heyran edir.

☀️ Bitkini pəncərəyə yaxın, lakin üzərinə birbaşa günəş işığının düşmədiyi yerə qoymaq daha yaxşıdır.

💧Sulayarkən suyun yarpaqlara və çiçəklərə düşmədiyinə əmin olun.

Bonsay – əsl ağacın olduğu kimi miniatür formada yetişdirilməsi sənətidir. Yaponcadan tərcümədə “dayaz qabda əkilmiş” de...
20/10/2022

Bonsay – əsl ağacın olduğu kimi miniatür formada yetişdirilməsi sənətidir. Yaponcadan tərcümədə “dayaz qabda əkilmiş” deməkdir.

Bu sənət bizim eradan əvvəl 231-ci ildə Çində yaranıb. Hesab edilir ki, Yaponiyaya bu incəsənəti VI əsrdə buddist rahiblər gətirib və evdə divar oyuqlarını bəzəmək üçün istifadə olunub.

İlboyu çiçək açan ANTURİUM uzunömürlü bitkidir. Yarpaqları sanki xüsusi olaraq cilalanıb, parlaq görüntüyə sahibdir.💧 Nə...
18/10/2022

İlboyu çiçək açan ANTURİUM uzunömürlü bitkidir. Yarpaqları sanki xüsusi olaraq cilalanıb, parlaq görüntüyə sahibdir.

💧 Nəmliyə ehtiyacı çox olduğu üçün yarpaqlarına pulverizatorla su çiləməyiniz inkişafı üçün yaxşıdır.

☀️ Birbaşa günəş şüalarını sevmir.

El arasında təsbehgülü kimi tanınan Senecio rowleyanus-a qulluq etmək çox asandır.☀️ Bu bitki günəşi sevir.💧 Çox su verm...
16/10/2022

El arasında təsbehgülü kimi tanınan Senecio rowleyanus-a qulluq etmək çox asandır.

☀️ Bu bitki günəşi sevir.

💧 Çox su verməkdən çəkinin, əsasən də qış aylarında.

Bütün bitkilər arasında baxımı ən rahat olan bitki kaktuslardır. Onlar az sulanmaqdan deyil, həddindən artıq sulanmadan ...
04/08/2022

Bütün bitkilər arasında baxımı ən rahat olan bitki kaktuslardır. Onlar az sulanmaqdan deyil, həddindən artıq sulanmadan ölürlər. Çoxlu su kaktusun köklərinin çürüməsinə səbəb olur və torpaqdan lazımi maddələri ala bilməyən kaktus canlılığını itirir.

Suya ehtiyac duyduqları dövr mart-avqust aylarıdır ki, bu da onların böyümə dövrü kimi qeyd olunur.

"Bala bitki"də orijinal dibçəklərlə yanaşı bitkilərinizin daha yaxşı inkişafı və çiçəkləməsi üçün gübrələr də əldə edə b...
03/08/2022

"Bala bitki"də orijinal dibçəklərlə yanaşı bitkilərinizin daha yaxşı inkişafı və çiçəkləməsi üçün gübrələr də əldə edə bilərsiniz.

Drasena marginata işıqlı yerləri sevir. Torpağı quruduqca sulamağınız məsləhətdir. Ümumiyyətlə qulluğu o qədər sadədir k...
02/08/2022

Drasena marginata işıqlı yerləri sevir. Torpağı quruduqca sulamağınız məsləhətdir. Ümumiyyətlə qulluğu o qədər sadədir ki, hər kəs alıb saxlaya bilər.

Ofis masası və ya kitab rəfi – bu orijinal dibçəkləri hara qoymağınızdan asılı olmayaraq interyerə xüsusi ab-hava qataca...
20/07/2022

Ofis masası və ya kitab rəfi – bu orijinal dibçəkləri hara qoymağınızdan asılı olmayaraq interyerə xüsusi ab-hava qatacaq, əhvalınızı yüksəldəcək. Sukkulentlərin qulluğu isə o qədər asandır ki, təcrübəsiz bitkisevərlər üçün idealdır.

Aqlaonema rütubətli tropik meşələrdə, işığın az düşdüyü aşağı hissələrdə yetişir. Bu səbəbdən də otaq şəraitində bu bitk...
18/07/2022

Aqlaonema rütubətli tropik meşələrdə, işığın az düşdüyü aşağı hissələrdə yetişir. Bu səbəbdən də otaq şəraitində bu bitkilər yarım-kölgəni xoşlayırlar, kölgəyədavamlıdırlar. Birbaşa günəş işığına dözmürlər, bu, yarpaqlarının yanması təhlükəsini yaradır.

Quru havada bitkinin yarpaqları deformasiya olur, zəif açılır, üstləri və kənarları quruyur. Buna görə də aqlaonemanın yarpaqlarına müntəzəm olaraq su püskürtmək lazımdır.

☀️ Kaktusların çoxlu günəş işığına ehtiyacı var. Sağlam böyüməsi üçün kaktusunuzu evinizin ən çox günəş düşdüyü yerinə q...
15/07/2022

☀️ Kaktusların çoxlu günəş işığına ehtiyacı var. Sağlam böyüməsi üçün kaktusunuzu evinizin ən çox günəş düşdüyü yerinə qoymalısınız.

Address

Müsavat
Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00

Telephone

+994705347448

Alerts

Be the first to know and let us send you an email when Bala bitki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bala bitki:

Share