“GİYOTİN ” şirkəti, Tent və Şüşələnmə sistemləri sahəsində 12 ildən artıq xidmət göstərməklə Azərbaycanda bir çox insanların etibarını qazanmışdır. Hal-hazırda 100-dən artıq şirkətlə və bir çox insanlarla uğurla əməkdaşlıq edirik.
Şirkət, müştərilərə Pergola, Bioklimatik Pergola, Gilyotin Avtomatik Pəncərə, İzo Sistem Qapı-Pəncərə, Hebeschiebe (HBSB) Sürməli Sistem, Akkordeon Qapı (Bi-Fold), 5 mü
xtəlif növdə Alüminium Sürməli Qapılar, Fasad Şüşələnməsi və 10 müxtəlif növdə CamBalkon Sistemlərini təklif edir.
“GİYOTİN ” şirkəti, emalat və quraşdırma zamanı əsasən Avropa ölkələrində istehsal olunan aksesuarlardan, mexanizmlərdən və mühərriklərdən istifadə edir. Onlardan müxtəlif ölçülü PVC əsaslı membran hissələr Almaniyanın “Mehler”, Belçikanın “Sioen” və Italiyanın “Serge Ferrari”, mühərriklər və avtomatlaşdırma sistemləri isə Fransanın “Somfy” brendlərinə aiddir. Türkiyə istehsalı olan alüminium konstruksiya profillər və kompozit lövhələr “Cuhadaroğlu”, “Asaş Alüminum” və “Kurtoğlu” brendlərinə aiddir. Hədəfimiz -şəffaflıq və etibarlılıq prinsiplərini qorumaqla müvafiq xidmət sahəsində güclü rəqabət qabiliyyətinə malik olmaqdır.