25/07/2025
Qrenki – Seabreeze-in sahil siluetində yeni iz
İsti günəşin altında və Xəzərin sərin nəfəsində - Qrenki üçün sadəcə bir məkan deyil, sahilə baxış bucağını dəyişən memarlıq elementi formalaşdırıldı.
Konsepsiyanın əsasını dəniz fənəri estetikası təşkil edir - gün ərzində günəş işığını əks etdirən, axşam saatlarında isə süni işıqla landşafta daxil olan memarlıq elementi. Məkan həm əyləncə məkanı kimi funksional, həm də sahil boyunca tanınan vizual referens nöqtəsi kimi nəzərdə tutulub.
Fasadda bəyazın yüngüllüyü və solğun qırmızının (desaturasiya olunmuş terrakota) zərif vurğuları, ətraf mühitlə vəhdət və seçicilik balansı qurur.
Parlaq və torpaq fakturalarının kontrastı isə həm yerli memarlığın köklərinə, həm də müasir dilə işarə vurur.
Fənər ətrafında quraşdırılmış dinamik mexanizmlər küləklə hərəkətlənir, sanki məkan nəfəs alır. Hər detalda bir ritm, hər kölgədə bir hekayə gizlidir.
Ümumi sahə: 1500 m²
İnşaat sahəsi: 300 m²
Məkan:
Sifarişçi: