Dəvəli ASC

Dəvəli ASC Marble, Granite, Onyx, Travertine, White layer, Ceramic, Accessory, Mosaic, Fireplaces, Statue, Bust, Pool, Fountain, Life style.

“Dəvəli” müstəqil hüquqi şəxs olaraq, “Mülki Məcəllə”yə, “Səhmdar Cəmiyyətləri haqqında Qanun”a, öz Nizamnaməsinə və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 18.12.2001-ci il tarixdə, D-3334 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyətdir. Bakı şəhəri, Y

asamal rayonu, 2-ci Alatava, Yuxarı Dairəvi küçəsi 212 ünvanında yerləşir.
“Dəvəli” çoxsahəli bir istehsalat müəssisəsidir. Burada müxtəlif sahələr üzrə bacarıqlı mütəxəssislər: məhşur rəssamlar, nəqqaşlar, daşyonanlar, heykəltəraşlar, metal işləri üzrə ustalar, dəzgah və avadanlıqlar üzrə mühəndislər çalışırlar. Cəmiyyətin öz gücü ilə Abşeron yarımadasında, Bakıdan 70-80 km. aralıda yerləşən Gülbax (Güldağ) dağındakı karxanalardan daşları blok şəklində çıxarılıb istehsal sexlərinə gətirilir və müxtəlif növ məmulatlar hazırlanır. Tərkibi 70-80% kalsium korbonatdan ibarət olan və tərkibində digər kimyəvi komponentlər olmayan Gülbax daşı binaların arxitektur, klassik və modern üslubda üzlənməsində, pilləkan məhəccərlərinin sürahi və baylansların hazırlanmasında geniş istifadə olunur. Azərbaycanda istehsal olunan daşların bütün növləri ilə yanaşı “Dəvəli” ASC digər xarici ölkələrdə: - Ukrayna Respublikasından, Rusiya Federasiyasından, İran İslam Respublikasından, Çin Xalq Respublikasından, Cənubi Afrikadan, Hindistandan, Braziliyadan, Türkiyədən, İtaliyadan, İspaniyadan, Yunanıstandan, Malayziyadan, Vietnamdan, Pakistandan, Əfqanıstandan, Dubaydan, Misirdən, Zimbabve və s. ölkələrdən müxtəlif çeşidli qranit və mərmər daşları xammal, yarımfabrikat və hazır məhsul şəklində mallar alır. Cəmiyyətin istehsal sexində sifarişlərə uyğun olaraq, müxtəlif növ qranit və mərmərdən heykəl, büst və qəbirüstü abidələrin hazırlanması, istənilən çeşiddə tikinti üçün üzlük plitələrin hazırlanması işləri yerinə yetirilir. Evlərin fasad hissələrinin əhəng daşı (ağlay), mərmər, qranit və başqa növ daşlarla üzlənməsi, yüksək mərtəbəli binalarda vestibül və pilləkanların müxtəlif çeşidli qranit, mərmər və travertin plitələrlə üzlənməsi, döşəmə və divarların Voter Jet (su ilə kəsən) dəzgahda kəsilmiş müxtəlif ornamentli şəbəkə və fiqurlarla işlənməsi və .s. bu kimi işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi üçün təcrübəli ustalardan ibarət olan əmək kollektivinin əsas məqsədidir. Eyni zamanda cəmiyyətin mexaniki sexində daş emalı üçün lazım olan bəzi dəzgah və avadanlıqlar da hazırlanır. Cəmiyyətin əmək kollektivinin qarşısına qoyduğu əsas vəzifə dinamik inkişaf yolunu davam etdirməkdir.

Dəyərli izləyicilərimiz! Sizləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Dəvəli ...
28/12/2023

Dəyərli izləyicilərimiz!
Sizləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Dəvəli ASC-nin bütün kollektivi adından təbrik edirik 👏

12/12/2023
Dövlət Bayrağı Günümüz mübarək olsun! 🇦🇿
09/11/2023

Dövlət Bayrağı Günümüz mübarək olsun! 🇦🇿

Xankəndili, Xocalılı, Ağdərəli və ən əsası bütöv QARABAĞlı Zəfər Bayramımız mübarək! 🇦🇿
08/11/2023

Xankəndili, Xocalılı, Ağdərəli və ən əsası bütöv QARABAĞlı Zəfər Bayramımız mübarək! 🇦🇿

03/09/2023

Yenilənmiş web səhifəmiz artıq xidmətinizdədir 😍👏
www.develi.az

18/08/2023

Sehrli daşlar məkanı!

DƏVƏLİ - Sehrli daşlar məkanı! Qısa zamanda yeniliklərimizlə sosial şəbəkələrdəki rəsmi səhifələrimiz vasitəsilə qarşını...
16/08/2023

DƏVƏLİ - Sehrli daşlar məkanı!
Qısa zamanda yeniliklərimizlə sosial şəbəkələrdəki rəsmi səhifələrimiz vasitəsilə qarşınızda olacağıq!

15/08/2022

                                 @ Baku, Azerbaijan
15/08/2020

@ Baku, Azerbaijan

                                   @ Baku, Azerbaijan
07/08/2020

@ Baku, Azerbaijan

Address

Yasamal Dist, Yuxarı Dairəvi Str. 212
Baku
AZ1202

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 10:00 - 16:00

Telephone

+994502953755

Alerts

Be the first to know and let us send you an email when Dəvəli ASC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dəvəli ASC:

Share