08/04/2021
100 ÖLÇ BİR TİK .
Ev tikmək isdəyən hər bir vətəndaş ilk olaraq düzgün torpaq sahəsinin seçimindən başlamalıdır.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən vətəndaşlar özünə aid torpaq sahəsində qanunvericilikdə müəyyən olunmuş normalar çərçivəsində ev tikə bilər. Bunun üçün peşəkar memarlar tərəfindən ( lisenziyalı ) qüvvədə olan norma və tələblərə uyğun Memarlıq - planlaşdırma bölməsi hazırlayaraq , sifarişçi tərəfindən yerli İcra Hakimiyyəti orqanında təsdiq etmək kifayət edər.
Torpaq sahəsini almamışdan öncə vətəndaş tikəcəyi evi planlaşdırıb ona uyğun seçim etməlidir. Burada təbii ki maddi durumda nəzərə alınır. Necə deyərlər 100 ÖLÇ BİR TİK