Modul

Modul Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Modul, Architectural Designer, Baku.

Kiçik detallar, xalçalar və zəif işıqlandırma Village Pub & Restaurant üçün layihələndirdiyimiz interyer dizaynına...
21/12/2020

Kiçik detallar, xalçalar və zəif işıqlandırma Village Pub & Restaurant üçün layihələndirdiyimiz interyer dizaynına xüsusi ab-hava qatır. Məkanın divarlarında kərpic divar elementlərinə və taxta mebel aksessuarlarına rast gəlmək mümkündür. Bunlar qonaqların məkanda rahat vaxt keçirməsi üçün ideal şərait yaradır.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

Sizi böyük ailənin rahat yaşayışı üçün nəzərdə tutulan villanın eksteryer dizaynı ilə tanış edirik. Biləcəridə sahəsi 6 ...
16/12/2020

Sizi böyük ailənin rahat yaşayışı üçün nəzərdə tutulan villanın eksteryer dizaynı ilə tanış edirik. Biləcəridə sahəsi 6 sotdan ibarət olan ərazidə yerləşdirilmiş, bir mərtəbəsi 132 m², ümumi sahəsi 396 m² olan yaşayış villası klassik üslubda layihələndirilmişdir. 1-ci mərtəbədə böyük qonaq otağı, mətbəx, yataq otağı, WC, 2-ci mərtəbədə 4 yataq otağı, mansard mərtəbəsi isə açıq sahə olaraq bilyard və istirahət zonası olaraq fəaliyyət göstərəcək. Həyətdə söhbətgah, içərisində yay mətbəxi və manqal yeri nəzərdə tutulmuşdur. Bu villa sahiblərinə il boyu rahat, funksional, geniş istirahət və yaşayış məkanı kimi xidmət edə bilər.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

Komfortlu həyata təsir edən faktorlardan biri ətraf mühitin gözəlliyidir. Layihələndirdiyimiz villa Xızı rayonunda yerlə...
16/12/2020

Komfortlu həyata təsir edən faktorlardan biri ətraf mühitin gözəlliyidir. Layihələndirdiyimiz villa Xızı rayonunda yerləşir, 2 mərtəbədən ibarətdir Sahəsi 288 m², otaq sayı 1 böyük, 1 kiçik, tarras və eyvandan ibarət olan villa 6 sot ərazidə yerləşdirilmişdir 🏡

📞 (+994)12 404 54 84
✉️ [email protected]

Ev – dostlarla səmimi söhbətlər, işdən sonra yorğunluğu çıxartmaq, sadəcə yaşayıb və zövq almaq üçün rahat bir...
08/12/2020

Ev – dostlarla səmimi söhbətlər, işdən sonra yorğunluğu çıxartmaq, sadəcə yaşayıb və zövq almaq üçün rahat bir məkandır. Bu məkanı gözəl və funksional etmək bizim profilimizdir. Sizə “Deluxe Residence”-də yerləşən, sahəsi 280 m² təşkil edən, Modern üslubunda dizayn olunmuş mənzilin görüntülərini təqdim edirik.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

Həsən Əliyev küçəsində yerləşən, sahəsi 350 m² olan mənzil Art Deco üslubunda hazırlanmışdır. Bu tərz XX əsrin 2-ci rübü...
08/12/2020

Həsən Əliyev küçəsində yerləşən, sahəsi 350 m² olan mənzil Art Deco üslubunda hazırlanmışdır. Bu tərz XX əsrin 2-ci rübündə daha çox Amerikada məşhur olmuşdur və xüsusi olaraq Manhettendə yerləşən mənzillərdə istifadə edilib. Mənzilin ekstravaqant dizaynda olan geniş qonaq otağı və böyük mətbəxi var. Eləcə də burada 4 yataq otağı var. Valideyin yataq otağının içərisindən ayrı olaraq böyük kişi və qadın qarderobu və WC yerləşdirilmişdir.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

Bağ evi öz sahiblərinə rahat və funksional bir məkan kimi xidmət etməlidir. Məhz buna görə də bu layihədə biz böyük həyə...
26/11/2020

Bağ evi öz sahiblərinə rahat və funksional bir məkan kimi xidmət etməlidir. Məhz buna görə də bu layihədə biz böyük həyəti gözəl istirahət məkanına çevirdik. Həyətdə bir açıq söhbətgah, manqal zonası, yay mətbəxi və ayrıca s/q nəzərdə tutulub. Ailənin kiçik üzvlərini də unutmadıq: həyətin bir küncündə uşaqlar üçün kiçik oyun meydançası yerləşdirilib. Bütün kompozisiyanın gözəlliyini vurğulamaq üçün meyvə ağacları ilə birgə yol və cığırların kənarlarında dekorativ bitkilər nəzərdə tutulub.
Qeyd edək ki, həyətin ümumi ərazisi 650 m², layihələndirilən ərazi isə 410 m² təşkil edir.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

“Modul” komandası 5 hektar ərazidə tikilən ikimərtəbəli villanın həyəti üçün landşaft dizaynı tərtib etdi. Gördüyünüz la...
06/11/2020

“Modul” komandası 5 hektar ərazidə tikilən ikimərtəbəli villanın həyəti üçün landşaft dizaynı tərtib etdi. Gördüyünüz layihədə mətbəx, manqal üçün ərazi, hovuz, əyləncə guşəsi də yer alıb.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

“Elles Lounge” insanların rahat şəkildə dincəlməyi üçün nəzərdə tutulan bir məkandır. Məhz bunun üçün də interyer Art De...
05/11/2020

“Elles Lounge” insanların rahat şəkildə dincəlməyi üçün nəzərdə tutulan bir məkandır. Məhz bunun üçün də interyer Art Deco üslubunun bütün qanunlarına uyğun olaraq hazırlanıb. Həmçinin interyerdə sakitliyi əks etdirən tünd rənglər və gizli işıqlara üstünlük verilmişdir. Məkan “Olympic Star” kompleksinin yaxınlığında yerləşir və 1 mətbəx, 1 kabinet, böyük zaldan ibarətdir.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

Embassy Beer Club üçün hazırladığımız müasir interyer dizaynı ilə tanış olun. Yaratdığımız konsept məkanın atmosferi ilə...
05/11/2020

Embassy Beer Club üçün hazırladığımız müasir interyer dizaynı ilə tanış olun. Yaratdığımız konsept məkanın atmosferi ilə birbaşa harmoniya təşkil edir.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

Müasir standartlara tam cavab verən bu villa yaxınlarınızla birlikdə keçirəcəyiniz vaxtı daha rahat və komfortlu edəcək....
22/10/2020

Müasir standartlara tam cavab verən bu villa yaxınlarınızla birlikdə keçirəcəyiniz vaxtı daha rahat və komfortlu edəcək. Sahəsi 350 m² olan bu villa 1 zirzəmi və 2 mərtəbədən ibarətdir. Modern üslubunda həll olunmuş məkan öz sahiblərinə unudulmaz təəssüratlar bəxş edəcək.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

“Dəmkeş çayməkan”-ın interyerində tünd çalarlardan istifadə etdik. Milli ornamentlər, xalçalar və müxtəlif dekor detalla...
22/10/2020

“Dəmkeş çayməkan”-ın interyerində tünd çalarlardan istifadə etdik. Milli ornamentlər, xalçalar və müxtəlif dekor detalları qonaqları xoş söhbətə sövq edir. Burada ümumi zonadan əlavə olaraq 2 VİP kabinet, böyük mətbəx və WС yerləşdirilmişdir. Milli ənənələri qoruyaraq müasir standartlara cavab verən çayməkanın interyerini də məhz bu cür hazırladıq.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

Sizə Tovuz şəhərində yerləşən proyektimizi təqdim edirik. Qışda isti, yayda isə sərin günləri vəd edən iqlim həyat üçün ...
21/10/2020

Sizə Tovuz şəhərində yerləşən proyektimizi təqdim edirik. Qışda isti, yayda isə sərin günləri vəd edən iqlim həyat üçün komfortlu mühit yaradır. 10 sotdan ibarət olan bu gözəl 1 mərtəbəli yaşayış evi sahiblərini daim sevindirməyə hazırdır. Ev tam olaraq bir ailənin yaşayışını təmin edə bilər. 180 m²-ə 3 yataq otağı, 1 qonaq, 1 mətbəx, 1 san. qovşağı sığışır. Evin həyətində isə yayda ailənin istirahət mərkəzinə çevriləcək bir geniş terras yerləşib.

📞 (+994)12 404 54 84
✉️ [email protected]

Address

Baku
AZE1000

Telephone

+994124045484

Website

Alerts

Be the first to know and let us send you an email when Modul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Modul:

Share