20/10/2025
Sən getmək istədin,
Mən yola saldım.
Günahkar qapıdır,
Yol bağışlasın.
Ürəyin..
Qalıbdır.
Qayıt gəl apar.
Bəlkə, sənə küsüb?
Gəl bağışlasın.
Aradan əsrlər keçdi
Əsrlər...
Məni uzaq saldı
Ruhi kəsrlər ..
Aşiqlər ölümə nə tələsirlər??
Səni- daş ürəyim, öl- bağışlasın.
Zaman kül yaddaşım
Saman sevgilər
Zamanla sovruldu yaman sevgilər.
Məsafə, qürurlar, zaman sevgilər.
Qarıdı eralar.
İl bağışlasın.