22/08/2021
"Mənim qəhrəmanım" inşa yazı müsabiqəsi
Bütün eşqlərdən ucada dayanan bir eşq var- Vətən eşqi! Xalqımız bu gün bu eşq uğrunda uzun illərdi davam edən erməni faşistlərinin xalqımıza qarşı törətdikləri insanlığa sığmayan cinayətlərinə, qətliamlarına, təcavüzlərinə , işğallarına qarşı haqq savaşına qalxıb. Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə, Müzəffər Azərbaycan Ordusu, qorxmaz yenilməz Azərbaycan əsgəri cənnət diyarımız Qarabağımızı addım-addım, bir-bir azad ediblər.
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim!
Vətən qayasında mamır olmaq istəyən Azərbaycan oğlu, bu gün Vətən sənə oğul dedi...
Vətənin bu çağırışına ürəklə, canla, bütün ruhuyla hay verən Azərbaycan əsgəri- mənim qəhrəmanım !
Dişiylə-dırnağıyla səngərini quran, torpağını göz bəbəyi kimi qoruyan Azərbaycan əsgəri- mənim qəhrəmanım!
Qəzəbi dolu bir tüfəng olan, bu tüfənglə düşmən üzərinə od yağdıran, məlunları darmadağın edən Azərbaycan əsgəri- mənim qəhrəmanım!
Erməni faşizminə qarşı mübarizədə öz şərəfli xilaskar missiyasını layiqlə yerinə yetirən Azərbaycan əsgəri- mənim qəhrəmanım!
Bu Vətən sənin vətənindir. Siz var olduqca bu Vətən var olacaq Azərbaycan əsgəri-mənim qəhrəmanım!
Sən bu xalqın, elin qorxubilməz, cəngavər Bayraqdarısan Azərbaycan əsgəri-mənim qəhrəmanım!
Vətən keşiyində dayanmaq böyük şərəfdir və bu şərəfli yolda bu günkü qəhrəmanlıq salnaməsində öz imzasını qoyan Azərbaycan əsgəri-mənim qəhrəmanım!
Bu gün sən yeni bir tarix yazırsan Azərbaycan əsgəri-mənim qəhrəmanım!
Biz bu tarixdə qalibik, qalib də olduq! Birlik, həmrəylik nümayiş etdirərək, xalqımızın böyük iradəsi, əzmi sayəsində qalib gəldik. Təbii ki, başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, Rəşadətli Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin şücaətləri sayəsində qalibik, qalib də olduq.
Azərbaycan xalqı sizinlə öyünür, fəxr edir.
Azərbaycan əsgəri-mənim qəhrəmanım!
Harda Azərbaycan var mənim qəlbim orada döyünür!
Erməni faşistlərinin taptağı altında olan torpaqlarımızı siz azad etdiniz, bu tarixi qələbəni bizə siz yaşatdınız Azərbaycan əsgəri- mənim qəhrəmanım!
Gözümüz aydın olsun! Şəhidlərimizin ruhunu şad etdiyiniz üçün minnətdaram.
Yaşa var ol Azərbaycan əsgəri-mənim qəhrəmanım!
Ürəyinizin təpəri, qollarınızın qüvvəti əskilməsin Azərbaycan əsgəri-mənim qəhrəmanım!
Qələbə bizimlədir! Uğruna şəhidlər verdiyimiz müqəddəs üç rəngli, ay ulduzlu bayrağımız bütün azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.
Eşq olsun Ali Baş Komandanımıza!
Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun Azərbaycan əsgərinə!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!
Aişə Lazımova - Qaradağ rayonu 223 №li tam orta məktəb